Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beləliklə, İran və ABŞ arasında İslamabadda keçirilən danışıqlar davam edəcək və Pakistan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi üçün hər iki tərəfə birgə patrul xidməti təşkil etmək təklif edib. Tezadlar.az xəbər verir ki, bu barədə “əl-Cəzira” telekanalı Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Pakistan nümayəndə heyəti Hörmüz boğazından gəmiçiliyin tənzimlənməsi təklifi irəli sürdü. Pakistanın təklifi boğazda birgə patrul xidmətini əhatə edir”, – mənbə bildirib.
Qeyd edək ki, 11 aprel şənbə günü İslamabadda Tehran və Vaşinqton arasında münaqişənin həlli ilə bağlı danışıqlar aparılıb. Danışıqların 12 apreldə davam etməsi gözlənilir.
Hələki məhsuldar nəticə yoxdur, amma bütün hallarda belə təmaslarda müzakirələr çox əhəmiyyətlidir.