Əsas məzmuna keç

İran və AEBA danışıqların yeni mərhələsini planlaşdırır

İran Xarici İşlər Nazirliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) nümayəndələri əməkdaşlığın bərpası məsələsi ilə bağlı danışıqların növbəti mərhələsini keçirəcəklər.

Tezadlar.az xəbər verir ki, bunu İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib və əlavə edib ki, agentliklə işləmək üçün əsas maneə AEBA-nın baş direktoru Rafael Qrossidir.

“Hazırda Xarici İşlər Nazirliyi və agentliyin nümayəndələri arasında iki görüş keçirilib və üçüncü görüş də planlaşdırılır”, – IRNA onun sözlərini sitat gətirib. – “Agentliklə bağlı əsas şikayətimiz onun idarəetmə sisteminin hegemon nizamın təsiri altında olması, əsas problem isə baş direktorun şəxsiyyətidir”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…