Əsas məzmuna keç

İran və Avropa ölkələri arasında nüvə danışıqları avqustun 26-da keçiriləcək

İran diplomatlarının Britaniya, Almaniya və Fransa nümayəndələri ilə nüvə proqramı məsələsinə dair danışıqları avqustun 26-na planlaşdırılıb.

“Tezadlar” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“İranın üç Avropa ölkəsi və Avropa İttifaqı ilə danışıqlarının gələn çərşənbə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilməsi qərara alınıb”, – məlumatda bildirilib.

Telekanal qeyd edib ki, qərar İran XİN başçısı Abbas Əraqçi ilə yüksək vəzifəli avropalı diplomatlar arasında telefon danışığından sonra qəbul edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…