İran XİN ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsinə belə münasibət bildirib

ABŞ İranın nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini və beynəlxalq hüququ pozub.

Tezadlar.az xəbər verir ki, bu barədə xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə yazıb.

“BMT Nizamnaməsinə və onun özünümüdafiə üçün qanuni cavab verməyə imkan verən müddəalarına uyğun olaraq, İran öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün imkanları özündə saxlayır”, – nəşr yazır.

Diplomatın sözlərinə görə, “BMT-nin hər bir üzvü bu son dərəcə təhlükəli, qanunsuz və cinayətkar davranışdan təşvişə düşməlidir”.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İranın Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektini vurub. “Dünyada bunu edə biləcək başqa hərbçi yoxdur. İndi sülh vaxtıdır!”, – dövlət başçısı vurğulayıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul