Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran ABŞ-İsrail yeni təcavüzünə gizlətmək mümkün olmayan qətiyyətlə cavab verəcək.
Tezadlar.az xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
“İran ABŞ-İsrailin son təcavüzü zamanı həm bizə, həm də rəqiblərimizə qarşı nə baş verdiyini, o cümlədən hələ də gizlədilməkdə olan zərbələrin miqyasını dəqiq bilir. Təcavüz təkrarlanarsa, biz daha qətiyyətli və gizlətmək mümkün olmayan şəkildə cavab verməkdən çəkinməyəcəyik”, – o, X-də yazıb.
İran Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, 12 günlük müharibə zamanı ABŞ və İsrail həqiqətən də İranın nüvə infrastrukturuna zərər vurmağa nail olub, lakin Tehranın uranın zənginləşdirilməsini davam etdirmək əzmini azaltmayıb. “Böyük insan zəhməti ilə yaradılmış texnologiya və nou-hau bombardmanlarla məhv edilə bilməz”, – deyə Əraqçi əlavə edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İranın nüvə obyektlərini bərpa etməyə cəhd edərsə, onlara yeni zərbə endirməyə hazırdır.
İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumuna keçdi. ABŞ münaqişənin gərginləşməsindən doqquz gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirdi. İyunun 23-ü axşam saatlarında İran ABŞ-ın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına hücum edib. Bundan sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.
E.ŞİRİNOV