ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İrana hücumun miqyasını açıqlayıb. Tezadlar.az xəbər verir ki, əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir. Kuperin sözlərinə görə, həmçinin əməliyyatlarda 200-dən çox təyyarə, iki təyyarə daşıyan gəmi iştirak edib. ABŞ qüvvələri İranda yerləşən hədəflərə 2 mindən çox zərbə endirib. Hücum nəticəsində İranın havadan müdafiə sistemləri zəifləyib.
İrana qarşı əməliyyatlarda ABŞ-ın 50 mindən çox hərbçisi iştirak edir






