5 Mart 2026 / 08:23

İranda dini lider olmaq istəyən hamı niyə ölməlidir?- TRAMP AÇIQLADI

İndi vəziyyət elədir ki, İranda dini lider olmaq istəyən mütləq aqibətini düşünməlidir. Niyə? “Müharibə cəbhəsində çox yaxşı işlər görürük. Kimsə 10 ballıq şkala ilə gördüyümüz işləri neçə balla qiymətləndirdiyimizi soruşsa mən ona cavabda təxminən 15 balla qiymətləndirdiyimi deyərdim”- deyən ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən həm də belə deyib. Sitat: “Yaxşı işlər görməyə davam edəcəyik. İndiyə qədər dünyanın ən böyük ordusuna sahibik. Dəli insanların nüvə silahı olanda pis şeylər baş verir. Əgər biz bunu birinci etməsəydik, onlar bunu İsrailə edəcəkdilər. Bu, nəzarətdən çıxmış bir millətdir. İcazə versəydik, bundan bizə qarşı istifadə edərdilər. Onların liderliyi sürətlə azalır. Lider olmaq istəyən hər kəs ölür”.

Xatırladaq ki, Tramp həm də bildirib ki, ABŞ Xameneinin yerinə dini lider olmaq üçün bütün cəhdləri diqqətlə izləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!