Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Fevral 2026 / 16:39

İranda edamların “Xaç atası” öldürüldü- TƏCİLİ

ABŞ və İsrailin əsas hədəfi İrandakı rejimdir! İlkin zərbələrdə rejimin əsas hədəfləri diqqətə alınıb. Məsələn, İranda edamların “xaç atası” kimi tanınan İranın Ali Məhkəməsinin sədri, çox sayda insanlar haqqında ədalətsiz qərarlar qəbul edən, insanları uzun illər həbsxanalara məhkum edən, onları qondarma ittihamlarla dar ağacından asdıran Qulamhüseyn Möhsün Ərcayi raket zərbəsi ilə məhv edilib… Bu barədə ABŞ və İsrailin rəsmi qaynaqları məlumat yayıb. Maraqlıdır, İrana endirilən zərbələr nəticəsində Xameneinin sözçüsü öldürülsə də, qərargahı darmadağın edilsə də, onun öldüyü hələki təsdiqlənmir. Belə ki, ABŞ hərbi qüvvələrini İran ətrafında cəmləməyə başladıqdan sonra Xamenei əsasən bunkerdə gizlənirdi. Bu baxımdan, onun qərargahda olması ehtimalı azdır. Lakin İranda da bilirlər ki, hələ müharibədən çox əvvəllərdən ABŞ və İsrail kəşfiyyatı Xameneinin bütün hərəkətini izləyirdi. Çünki əsas hədəf dini liderdir… Hərbi əməliyyatların uzanmasına da səbəb onun yerinin tam dəqiqləşdirilməsi idi…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!