Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Yanvar 2026 / 14:01

İranda genişmiqyaslı etirazlar: Uşaqlar da daxil olmaqla onlarla ölü

İran təhlükəsizlik qüvvələrinin iki əməkdaşı da qurbanlar arasındadır

İranda iqtisadi etirazlar zamanı ən azı 35 nəfər həlak olub, 1200-dən çox insan saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Times” insan haqları fəallarına istinadən məlumat yayıb.

“İranda etirazlarla bağlı zorakılıq nəticəsində ölənlərin sayı ən azı 35 nəfərə çatıb. ABŞ-da yerləşən İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin məlumatına görə, bir həftədən çoxdur davam edən etirazlar zamanı 1200-dən çox insan saxlanılıb”, – məlumatda deyilir.

Ölənlər arasında 29 etirazçı, dörd uşaq və İran təhlükəsizlik qüvvələrinin iki əməkdaşı var.

“The Washington Times” yazır ki, insan haqları təşkilatı İran daxilində fəallar şəbəkəsinə güvənir və ölkədəki əvvəlki iğtişaşlar zamanı dəfələrlə etibarlı məlumat verib. Bu arada, İranın İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın hesab edilən yarı-rəsmi Fars Xəbər Agentliyi bazar ertəsi axşamı nümayişlər zamanı təxminən 250 polis məmurunun və 45 Bəsic döyüşçüsünün yaralandığını bildirib.

Bu arada, “Clash Report” xəbər verir ki, İran hakimiyyəti iqtisadi böhran səbəbindən etirazları yatırmaq üçün vətəndaşlarına təxminən 7 dollar aylıq ödəniş təklif edir.

Proqram dörd aylıq əvvəlcədən ödənişlə başlayır və subsidiyaların kəsilməsini və yüksək inflyasiyanı kompensasiya etmək üçün nəzərdə tutulub.

İranda baş verənlər

Xatırladaq ki, İranda son üç ildə ən böyük etirazlar yaşanır və bu etirazlar, digər səbəblərlə yanaşı, yerli sakinlərin artan inflyasiya və rekord həddə çatan valyuta dəyərdən düşməsindən narazılığı ilə baş verib. Lordegan şəhərində etirazçılara atəş açıldığı və ölümlə nəticələndiyi bildirilib.

Media xəbərlərinə görə, kütləvi iğtişaşlar İranda sürətlə yayılır. Xüsusilə, Tehran universitetlərinin tələbələri onlara qoşulub; 31 dekabrda nümayişçilər hökumət binasına girməyə cəhd ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!