3 Mart 2025 / 09:40

İranda yüxsək statuslu vitse- prezident istefa verib- SƏBƏB

Gözlənilmədiyi halda, İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib. Tezadlar.az xəbər verir ki, bu barədə “Mehri” agentliyi məlumat yayıb.

Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, prezident Məsud Pezeşkiaan hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

Lakin vitse- prezidentin bu qərarının ciddi olduğu deyilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!