Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Yanvar 2026 / 09:25

İrandan ABŞ- a hədə: “Əgər İrana qarşı addım atılsa…”

Baş verən etirazlaronunda İran ABŞ tərəfindən hər hansı aqressiv addımlar atılacağı halda Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına zərbələr endirəcəyini bəyan edib. Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf çıxış edib. Qalibaf bu barədə X sosial şəbəkəsində yazaraq qeyd edib ki, ABŞ tərəfinin istənilən mümkün təxribatına cavab olaraq Yaxın Şərq regionundakı bütün Amerika bazaları və silahlı qüvvələri İran üçün legitim hədəfə çevriləcək. “Tarix boyu İran xalqı bu şəxslərdən qat-qat təcrübəli olan düşmənləri məyus edib”, – deyə o vurğulayıb. Parlament sədri əlavə edib ki, xarici xüsusi xidmət orqanları qanuni etirazları silahlı qarşıdurmaya çevirmək cəhdlərində uğursuzluğa düçar olub.
Onun sözlərinə görə, İran hakimiyyəti heç vaxt etiraz aksiyalarında iştirak edənləri xarici agentlərlə eyniləşdirmir.

Tramp iki gün əvvəl bəyan etmişdi ki, əgər İran hakimiyyəti etirazçılara silah qaldırsa, ABŞ müdaxilə edəcək…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!