Əsas məzmuna keç

İrandan ABŞ-yə ağır ittiham

Yaxın Şərqdəki qeyri-sabitliyin səbəbkarı ABŞ-dir.

Tezadlar.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

“Onlar 9 aydan az bir müddətdə, danışıqlar zamanı İrana iki dəfə hücum ediblər, liderlərimizi qətlə yetiriblər və müxtəlif iqtisadi sanksiyalarla iranlılara təzyiqləri gücləndiriblər”, – o deyib.

Bəqainin sözlərinə görə, dünya ABŞ və İsrailin hərbi təcavüzünün bədəlini ödəyir: “Regiondakı xaosdan tutmuş, dünyanın dörd bir yanındakı iqtisadiyyat və enerji qeyri-sabitliyinə qədər. Bölgəni xaosa sürükləyib, sonra da şikayətçi mövqeyində başqalarından qurbanı qınamağı tələb edə bilməzsiniz”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…