Əsas məzmuna keç

İrandan Türkiyəyə daha bir raket hücumu: Azərbaycan MN bəyanat verdi!

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Respublikasının ərazisinə qarşı raket hücumu ilə bağlı bəyanat yayıb. Tezadlar.az xatırladır ki, bu barədı Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. “Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik. Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir. Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik rakrt Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…