İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ-la danışıqların effektivliyinə şübhə etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki bu barədə İranın ali dini liderinin mətbuat xidməti məlumat yayıb.
“O vaxt olduğu kimi (İranın əvvəlki prezidenti İbrahim Rəisinin dövründə – RED.), indi də danışıqlar nəticə verməsə də, vasitəçilər vasitəsilə aparılırdı. İndi isə onların heç bir nəticə verəcəyini düşünmürük. Bundan sonra nə olacağı bəlli deyil”, – Xameneinin mətbuat xidməti onun sözlərini sitat gətirib.
E.ŞİRİNOV







