Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyun 2025 / 11:37

İranın bombalanmasında Trampın əli varmı?

…İranla bağlı məsələ aydındır… Dünən axşam MAQATE-nin İranın nüvə proqramı əleyhinə qətnamə qəbul etməsi və prezident D.Trampın ABŞ-ın Yaxın Şərqdəki diplomatlarını bölgəni tərk etməyə çağırması bu nəticəyə gətirib çıxardı. Amma İran niyə bilə- bilə ki, məsələ belədir, vacib olan tədbirlərini görmədi? Təsəvvür edin ki, gecə saatlarında İsrail 200 təyyatə ilə İran ərazisindəki nüvə obyektlərini və hərbi məntəqələri bombaladı.  Hücumları nəticəsində SEPAH-ın baş komandanı Hüseyn Səlami və daha bir neçə nüfuzlu general həlak oldu.  İstail nöqtə atışlarları ilə İranın Natanz hərbi bazasını, İran ordusunun yüksək rütbəli zabitlərini, İran Atom enerjisi komitəsinin sədri olmuş Abass Freydi, bir çox nüvə alimlərinin evini vurub. Bu adamların həlak olduğu bildirilir. İsrail hücumu İranın nüvə silahı təhlükəsi üçün “preventiv zərbə” adlandırıb. İran lideri Xamneyi cavab zərbəsinin amansız olacağını deyib. İsrailin Baş nazir Netanyahu isə Tehranı ağıllı davranmağa çağırıb.
Xamneyinin dedikləri də ağlabatan deyil. İran Səddam Hüseynin aqibətini yaşaya bilər. Və İranda bilməlidirlər ki, ABŞ ilanı Seyidd Əhməd əli ilə tutdu… Bu məsələdə isə təmkinli davranmaq, vəziyyətdən daha az ziyanla çıxmaq lazımdır.
Sosial mediada isə Paşinyanın İrana hər cürə yardım etməyə hazır olması barədə iddiaları yazılır.
Necə deyərlər, keçəl dərman bilsəydi, elə ilk növbədə öz təpəsinə əkərdi… Həmin dərman isə indi ABŞ- ın əlindədir…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!