Əsas məzmuna keç

İranın İordaniyaya hücumunda ABŞ döyüş təyyarələri zədələnib

Çərşənbə axşamından çərşənbə gününə keçən gecə İranın İordaniyadakı ABŞ bazasına hücumunda ABŞ döyüş təyyarələrinin zədələndiyi iddia edilib.

Tezadlar.az xəbər verir ki, CBS News-un məsələyə yaxın mənbələrə istinadən məlumatına görə, 8-9 sentyabr gecəsi İordaniyadakı ABŞ-nin Müvəffəq Salti hava bazasına İranın hücumu ilə bağlı təfərrüatlar paylaşılıb.

Mənbələr iddia edir ki, bu hücumda təxminən 8 F-15 qırıcı təyyarəsi zədələnib və zərər az olsa da, təyyarə təmirə göndərilməli olub.

Mənbələr həmçinin “Warthog” kimi tanınan bir A-10 Thunderbolt hücum təyyarəsinin qanadının qırıldığını bildirib, lakin hadisədə heç bir ABŞ əsgərinin ölmədiyini qeyd edib.

Nə baş verib?

İran İnqilab Keşikçiləri Korpusu 8-9 sentyabr gecəsi İordaniyadakı ABŞ hərbi bazasını ballistik raketlərlə hədəfə aldığını açıqlayıb.

Məlumatda ABŞ-a qarşı cavab zərbələrinin təcavüz dayandırılana qədər davam edəcəyi vurğulanıb.

Bundan əlavə, İordaniya ordusu ərazisinin İran mənşəli ballistik raket hücumuna məruz qaldığını, hava hücumundan müdafiə sistemlərinin 18 raketi məhv etdiyini və 2 raketin boş ərazilərə düşdüyünü bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…