Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehranın nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq üçün dünya iqtisadi böhranı və İrana qarşı hərbi əməliyyatları yenidən başlamaq riskinə gedə bilər. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, Tramp bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib. Sitat: “Nüvə silahları iqtisadi depressiyadan daha vacibdir. İqtisadi depressiya həqiqətən pisdir. Nüvə silahları daha sürətli depressiyaya səbəb olacaq. Bunu etməyimiz depressiyanın əksinə səbəb olur”. Tramp, həmçinin deyib ki, İran müqavilənin şərtlərinə əməl etməsə, Vaşinqton sərt tədbirlər görməyə hazır olacaq. “Əgər İran müqaviləyə əməl etməsə, əgər özlərini ləqayətsiz aparsalar, mən etməli olduğum şeyi edəcəyəm”, – ABŞ lideri vurğulayıb.
İran rəsmiləri hələki bu məsələyə aydınlıq gətirməyib.