14 Fevral 2026 / 16:10

“İranın Rusiyaya verdiyi dronlar insanlarımızı öldürür…”

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski İran hakimiyyətinin dayandırılmalı olduğunu deyib. Tezadlar.az xəbər verir ki, Zelenski bu barədə Münxen Təhlükəsizlik Şurasındakı çıxışında deyib. Sitat: “Bu gün İran xalqının dünyadan gözləntisi Ukraynanın 24 fevralda- Rusiyanın işğala başladığı zaman ehtiyac duyduğu şeydir. İrandakı rejim kimi rejimlərə vaxt verilməməlidir. Onlara vaxt veriləndə, sadəcə daha çox insan öldürürlər. İran rejimi dərhal dayandırılmalıdır. İranın “Şahed” dronlarının qırıcı mühərrikləri var və müxtəlif hündürlüklədə uça bilirlər. Bu dronlar Starlinkdən istifadə edirlər… Bizim İranla sərhədimiz yoxdur və heç vaxt İran rejimi ilə münaqişəmiz olmayıb. Amma onların Rusiyaya satdığı “Şahed” dronları bizim insanlarımızı öldürür, infrastrukturumuzu məhv edir”.

İran rəsmiləri isə adı çəkilən dronları ticarət prinsipləri ilə Rusiyaya satdıqlarını bildirməkdədirlər.

Elçin

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!