27 Aprel 2025 / 09:38

İranda limanda baş verən partlayışın səbəbi açıqlandı

İranın Bəndər Abbas limanında baş verən partlayışa bərk raket yanacağının tərkibində istifadə edilən maddə səbəb olub.

Tezadlar.az xəbər verir ki, bu barədə “New York Times” mənbəyə istinadən məlumat yayıb.

Nəşr “İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan” müəyyən bir şəxsə istinad edir. Onun sözlərinə görə, “bərk raket yanacağının əsas tərkib hissəsi olan natrium perxlorat” partlayıb.

Xatırladaq ki, şənbə günü Bəndər Abbas limanında yanacaq çəninin alovlanmasından sonra güclü partlayış baş verib. İranın dövlət xəbər agentliyi “Fars” xəbər verir ki, partlayış o qədər güclü olub ki, hadisənin episentrindən 20 kilometr aralıda yerləşən Qeşm adasında eşidilib.

Hörmüzqan vilayətinin qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsən-zadə mediaya bildirib ki, son məlumatlara görə, fövqəladə hadisə nəticəsində 18 nəfər ölüb, 800-dən çox insan yaralanıb.

Bundan əvvəl 14 nəfərin öldüyü, 752 nəfərin yaralandığı bildirilirdi.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!