6 Mart 2026 / 08:45

“İranla əlaqəli şəxslər dərhal ölkədən deportasiya olunmalıdır”

Hazırda həbsdə olan eks prezident Mixeil Saakaşvili son illərdə yüz minlərlə vətəndaş arasında İranın ali lideri Ayətullah Əli Xameneyinin təsirinin artması ilə bağlı sual qaldırıb. Tezadlar.az. xəbər verir ki, bu sözləri Saakaşvili facebook sosial media hesabında qeyd edib. Saakaşvili açıqlamasında bunun necə baş verdiyi və buna kimin şərait yaratdığı barədə tənqidi fikirlər səsləndirib.
Saakaşvili İranla dini əlaqələri olduğu iddia edilən şəxslərlə bağlı da sərt tədbirlərin görülməsi çağırışını edib: “Gürcü Arzusu son illərdə cəllad Xameneini yüz minlərlə Gürcüstan vətəndaşının lideri necə edə bilib? Gürcüstanda Diktaturanın devrilməsindən sonra Gürcüstan küçələrində Xameneinin plakatları və Amerika əleyhinə şüarlarla peyda olanlara, o cümlədən buna icazə verən məmurlara, o cümlədən İranla dini əlaqələri olan insanlara ən sərt cavab tələb olunmalı və hamısı dərhal deportasiya edilməlidir”, – deyə Saakaşvili qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!