12 İyun 2026 / 14:50

“İranla müharibəni başa çatdırdıq”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mühüm açıqlama verib. Tezadlar.az xəbər verir ki, Donald Tramp ABŞ-ın İranla müharibəni başa çatdırdığını bildirib. “Bilmirəm, bundan xəbəriniz var, ya yox, amma biz bu gün İranla müharibəni başa çatdırdıq. Onlar heç vaxt nüvə silahına sahib olmayacaqlarına razılıq verdilər. Biz də məhz bunu tələb edirdik. Məqsədimiz bu idi. Bütün məsələnin 95 faizi bundan ibarət idi”, – deyə Tramp qeyd edib.

ABŞ prezidentinin sözlərinə görə, İran Vaşinqtondan daha çox razılaşmanın əldə olunmasında maraqlıdır. Donald Tramp həmçinin bildirib ki, tərəflər arasında sazişin yaxın günlərdə imzalanması gözlənilir. Onun sözlərinə görə, sənədin Avropada imzalanması da mümkündür. Bu arada İsrail Baş Nazirinin Ofisinin məlumatına görə, İsrail yuxarıda qeyd olunan anlaşma memorandumunun tərəfi deyil. Bəyanatda deyilir: “Buna baxmayaraq, Netanyahu danışıqlar başa çatdıqdan sonra razılaşmanın İranın zənginləşdirilmiş nüvə materiallarının məhv edilməsini, raket istehsalına məhdudiyyətlərin qoyulmasını və regionda fəaliyyət göstərən İran tərəfindən dəstəklənən silahlı qruplara dəstəyin dayandırılmasını əhatə etməsi barədə öhdəliyinə görə Trampa təşəkkür edib”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!