Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq İctimai Birliyi tərəfindən hazırlanan “İrəvan Qala Şəhərinin etnoqrafik xəritəsi” layihəsinin və saytının təqdimatı baş tutdu. Tədbirdə mərkəzin rəhbəri sənətşünas Rafael Gülməmmədov layihənin əhəmiyyəti barədə danışdı: “Hazırlanmış sözügedən yeni xəritə İrəvanın tarixi-etnik irsinin vizual və obyektiv şəkildə bərpasına imkan yaradır. Layihənin nəticələri elmi tədqiqatlar və geniş ictimaiyyətin maarifləndirilməsi məqsədi ilə istifadə oluna biləcək orijinal mənbə funksiyasını daşıyır.Eyni zamanda toponimlərin dəqiqləşdirilməsi ilə yanaşı, ayrı-ayrı memarlıq nümunələrinin adları da vizual görüntülərlə uyğunlaşdırılmışdır. Hətta onların geolokasiya koordinatları da müəyyən edilərək xəritə üzərində sistemləşdirilmişdir. Tədqiqat zamanı I Şah İsmayılın fərmanları, Səfəvi-Osmanlı müharibələri ilə bağlı mənbələr, şərq, Avropa və Rusiya səyyahlarının qeydləri, abidələrin təsvirləri, həmçinin XVII-XIX əsrlərə aid qravür şəhər panoramları, eləcə də topoqrafik xəritələr ətraflı şəkildə təhlil edilmişdir”.
Təqdimatdan sonra araşdırma ətrafında qonaqları maraqlandıran suallar cavablandırılaraq fikir mübadiləsi aparıldı.
Sonda onu da bildirək ki, Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq İctimai Birliyi tərəfindən hazırlanan “İrəvan Qala Şəhərinin etnoqrafik xəritəsi” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilmişdir.
Hazırladı: RÖVŞANƏ