11 Avqust 2025 / 21:30

İrəvan və Bakı Qarabağ üzrə Minsk Qrupunun bağlanmasını istəyib

İrəvan və Bakıdan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv dövlətlərə Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun buraxılması tələbi ilə müraciət göndərilib.

Tezadlar.az xəbər verir ki, rəsmi bəyanat Ermənistan Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunub.

Avqustun 8-də ABŞ, Ermənistan və Azərbaycan liderləri Donald Tramp, Nikol Paşinyan və İlham Əliyev İrəvanla Bakı arasında münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Sənəd iki ölkə arasında tam hüquqlu sülh müqaviləsinin imzalanması və Qarabağ məsələsinin bağlanması istiqamətində ilk addım oldu.

Bu gün, avqustun 11-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla paraflanmış sazişin tam mətnini dərc edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!