İrəvanın tarixi barədə həqiqəti söyləyən blogerə Ermənistanda cinayət işi açılıb -VİDEO

6 aydır Azərbaycanda yaşayan türkiyəli blogerin İrəvanda lentə aldığı videonun yayımlanması ilə bağlı Ermənistanda cinayət işi başlanılıb.

Tezadlar.az  xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan məlumat verib.

Qeyd edək ki, bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, xüsusilə qərbi azərbaycanlıları salamlayıb, həmçinin Azərbaycan torpağında olduğunu da vurğulayıb. Ogün Özdəmir İrəvandan Bakıya bir ovuc torpaq da gətirib və yerli TV-lərdən birinə müsahibə də verib.

Xatırladaq ki, Özdemir Azərbaycanda yaşayır və burada riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Onun Türkiyə vətəndaşı olduğu üçün Ermənistana səfər etməsində heç bir problem olmayıb. Bir neçə gün əvvəl səfər etdiyi İrəvanda lentə aldığı  video sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

JASMİN

Xəbəri paylaş

17 İyul