Ramiz Mehdiyevin nəinki yüksək dövlət mükafatları əlindən alınacaqş eləcə də onun Azərbaycan Milli Elmlər Akademiyasındakı üzvlüyü məsələsi də həllini tapacaq. Axı, o, həm də AMEA- nın akademiki, yəni həqiqi üzvü idi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli də elə jurnalistlərin bu tip sualını cavablandırarkən belə deyib: “Biz də son hadisələrə çox təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq, ona uyğun qərar veriləcək”.
Təbii ki, qərar ictimai fikrə köklənən olacaq, onun akademikliyi ləğv ediləcək.
A.Məmmədli







