Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Mart 2026 / 10:30

İsmayıl Qaaninin bombardmanlardan “möcüzəvi” qaçışı – İNANILMAZ

İranın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani son hadisələrin fonunda diqqətləri üzərinə çəkib. Tezadlar.az xəbər verir ki, bu barədə “Haber Global” məqalə dərc edib. Xəbərə görə Ayətullah ali dini lider Əli Xameneinin ölümü ilə nəticələnən hücumdan bir neçə dəqiqə əvvəl binanı tərk edən İsmayıl Qaaninin, daha əvvəllər də “möcüzəvi” qaçışlarının olması ona qarşı casusluq şübhələrini ortaya çıxarıb.
Qeyd olunub ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin İran daxilindəki yerli agent şəbəkəsindən əldə edilən məlumatlar hücum üçün həlledici rol oynayıb. Xəbərə görə əvvəlcə gecə saatlarına planlaşdırılan əməliyyat alınan kəşfiyyat məlumatı əsasında səhər saatlarında təcili həyata keçirilib. Hədəfin koordinatlarını dəqiq müəyyən etmək üçün peyk izləmə, siqnal kəşfiyyatı və yerdəki insan mənbələrindən alınan informasiyalardan eyni vaxtda istifadə edilib. ABŞ rəsmiləri də əməliyyatın başlaması qərarının İran daxilindəki yüksək etibarlı mənbələrdən alınan məlumatlar əsasında yekunlaşdığını vurğulayıb. Xatırladaq ki, İsmayıl Qaani daha əvvəl Suriyada İnqilab Keşikçiləri Korpusunun komandirlərinin öldürüldüyü binanı və “Hizbullah” lideri Həsən Nəsrullaha sui-qəsddən əvvəl hədəf alınan yeri də son anda tərk edib.
Bundan başqa Qüds qüvvələrinin komandiri ötən yaydakı 12 günlük müharibə zamanı da iclasdan hamıdan tez çıxmışdı…

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!