Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsmayıllı rayonunda “İsmayıllı” sözü yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb.
Rayonun İcra Hakimiyyətindən Tezadlar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, söküntü Muğanlı-İsmayıllı yolunun genişləndirilməsi ilə əlaqədardır.
Qeyd edilib ki, Muğallı-İsmayıllı- Qəbələ avtomobil yolunun İsmayıllı şəhərindən keçən 41-44-cü kilometrliyində Ərəstun Mahmudov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən dairədə yenidənqurma işlərinin aparılması və yolun genişləndirilməsi nəzərdə tutulub:
“İcra hakimiyyəti tərəfindən həmin dairədə texniki təhlükəsizlik tədbirləri görülüb, sözügedən memarlıq kompozisiyası sökülərək ərazidən kənardaşdırılıb”.