İsrail bu dəfə Təbrizi vurdu – neft emalı zavodunu… VİDEO

İsrail İranın Təbriz şəhərindəki neft emalı zavodunu vurub.

Tezadlar.az  xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Hücum nəticəsində neft emalı zavodunun ərazisinə ziyan dəyib. Zavod işçilərinin xəsarət alıb-almadığı barədə məlumat verilmir.

Daaha əvvəl İranın dövlət xəbər agentliyi İRNA məlumat vermişdi ki, Natanz şəhərində uran hasil edilən Əhmədi Roşan obyektində partlayış baş verib. İran televiziyasının məlumatına görə, hücumdan sonra radioaktiv çirklənmə əlamətləri aşkar edilməyib.

Xatırladaq ki, İsrail ordusu gecə saatlarında İranın nüvə və raket proqramlarına zərər vurmaq olan “Am Kelavi” (“Aslan kimi millət”) əməliyyatının başladığını elan edib.

“The New York Times” yazır ki, İsrail Tehran ətrafındakı ən azı altı hərbi bazaya hücum edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi Əbülfəzl Şəkərçi bildirib ki, Tehran Vaşinqtonu İsrailin zərbələrində şərik hesab edir.

https://www.youtube.com/watch?v=3XFvLretW6Y

JASMİN

Xəbəri paylaş

17 İyul