Aminpur Judaki İsrailə yüzlərlə dron hücumunun təşkilatçısı olub.
Tezadlar.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin 2-ci pilotsuz uçan aparat briqadasının komandiri Aminpur Cudakini sıradan çıxardığını açıqlayıb.
“İsrail Hərbi Hava Qüvvələri SEPAH Hərbi Hava Qüvvələrinin 2-ci pilotsuz uçuş aparatları briqadasının komandiri Aminpur Judakini vuraraq öldürüb”, – deyə IDF Telegram kanalı məlumat yayıb.
Nəşr qeyd edir ki, Judaki İsrail ərazisinə yüzlərlə dron hücumunun təşkilatçısı olub və onlar İranın cənub-qərbindəki Əhvaz şəhərindən göndərilib.
Bundan əvvəl, iyunun 17-də İsrail İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının (Hava Hücumundan Müdafiə Qüvvələrinin Baş Qərargahı) yeni rəisi “Xatəm əl-Ənbiya” Əli Şadmaninin istefaya göndərilməsi barədə məlumat yayıb.
E.ŞİRİNOV







