Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Aprel 2026 / 13:02

İsrail əsgəri Livanda İsa Məsihin heykəlini sındırdı – ALƏM QARIŞDI

İsrailin xarici işlər naziri Gideon Saar İsrail Müdafiə Qüvvələrinin (İMQ) əsgərinin Livanın cənubunda İsa Məsih heykəlini sındırması ilə bağlı xəbərlərə cavab olaraq hadisəni “utancverici” adlandırıb.

Tezadlar.az xəbər verir ki, onun açıqlaması sosial media platformasında dərc edilib.

“Cənubi Livanda İMQ əsgəri tərəfindən xristian dini simvolunun məhv edilməsi iyrənc və utancverici bir hərəkətdir. Bu hadisəyə görə və hissləri incidilən hər bir xristiandan üzr istəyirik”, – diplomat yazıb.

Saar İMQ-nin hadisə ilə bağlı araşdırma başlatdığını təsdiqləyib və cinayətkara qarşı sərt tədbirlər görüləcəyinə əminliyini bildirib. O, əsgərin hərəkətini İsrailin dəyərlərinə tamamilə zidd olan “iyrənc” adlandırıb.

Əvvəllər bir İsrail əsgərinin Livanın cənubunda İsa Məsih heykəlini çəkiclə sındırdığı bildirilirdi. İMQ əsgəri cəzalandıracağına söz verib və yerli sakinlərə heykəlin bərpasına kömək etməyə hazır olduğunu bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!