Əsas məzmuna keç

İsrail HAMAS-ın qurucusunu zərərsizləşdirdi

İsrail Qəzza zolağında HAMAS-ın qurucularından birini – təşkilatın hərbi qanadında qərargah rəisi vəzifəsini tutan şəxsi zərərsizləşdirdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri Qəzzanın Sabra bölgəsində “HAMAS” təşkilatının qurucularından biri olan Xaxam Məhəmməd İssa əl-İssuya qarşı əməliyyat keçirib. O, təşkilatın hərbi qanadında qərargah rəisi vəzifəsini tuturdu və hücum nəticəsində məhv edilib”, – məlumatda deyilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…