Əsas məzmuna keç

İsrail iki körpə, iki səhiyyə işçisi daxil olmaqla, daha 11 nəfəri öldürdü

Livan xəbər agentliyi: İsrail ordusunun Livanın cənubundakı Kafr Rumman şəhərinə hücumu nəticəsində iki körpə, iki səhiyyə işçisi daxil olmaqla, 11 nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu gecə saatlarında Kafr Rumman şəhərinə hücumlar təşkil edib.

İsrail döyüş təyyarələri Kafr Rummanda Dani Ferhat adlı bir livanlıya məxsus üçmərtəbəli binanı bombalayıb, nəticədə ikisi körpə də daxil olmaqla 9 nəfər ölüb, 5 nəfər yaralanıb.

Eyni şəhərdə İsrail pilotsuz təyyarəsinin mülki nəqliyyat vasitəsini hədəf alması nəticəsində iki səhiyyə işçisi həlak olub.

İsrail ordusu həmçinin Livanın cənubundakı Yuxarı Nəbatiyyə və Ərəbsəlim şəhərlərinə hava hücumları həyata keçirib.

Livanın cənubundakı işğalını genişləndirən İsrail ordusu atəşkəsə baxmayaraq, bölgəni tez-tez hava hücumları ilə hədəf alır.

Livan Səhiyyə Nazirliyi son açıqlamasında 2 martdan bəri İsrailin Livana hücumlarında 4362 nəfərin öldüyünü, 12378 nəfərin isə yaralandığını bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…