Məlum olur ki, İsrail yaxın günlərdə İrana zərbələr endirə bilər. Tezadlar.az CNN- türk- ə istinadla xəbər verir ki, yekun qərar hələlik qəbul edilməyib, lakin bu variant regionda gərginliyin artması fonunda aktiv şəkildə müzakirə olunur. Hərbi mənbələr ABŞ-nin mümkün hücumda birbaşa iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib. Ancaq Vaşinqtonun İsrailə logistik dəstək verə biləcəyini və zərbə zamanı istifadə olunacaq kəşfiyyat məlumatlarını paylaşa biləcəyi iddiasını irəli sürüb. “Politico” isə fərqli mənbələrə istinadən xəbər verir ki, İsrail rəsmiləri bu həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoffla görüşməyi planlaşdırır. Görüşün mövzusunun İsrailin mümkün hücumu ola biləcəyi qeyd edilir.
İran rəsmiləri isə hələki İsrailin bu hərbi hədələrinə reaksiya verməyib.