16 Mart 2026 / 16:27

İsrail İranın “hücum peykləri” kosmik obyektini məhv etdi-TƏCİLİ

Nəhayət, İsrail Hərbi Hava Qüvvələri Tehranda “hücum peyklərini” inkişaf etdirmək üçün istifadə olunan mərkəzə zərbə endirib. Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Məlumata görə, sözügedən mərkəz İranın “Çamran-1” peyki də daxil olmaqla İranın hərbi-kosmik potensialını inkişaf etdirmək funksiyası daşıyıb, eləcə də “dünyanın digər ölkələrinin kosmik aktivlərinə və İsrail Dövlətinin peyklərinə zərbə endirmək imkanları” üçün istifadə edilib. IDF həmin obyektin məhv edildiyini açıqlayıb. Məlumatlarda, həmçinin videogörüntülər də təqdim edilib.

İran rəsmiyyəti isə hələki faktı təkzib etməyib. Yaxud, təsdiqləməyib…

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!