Əsas məzmuna keç

İsrail polisi Şərqi Qüdsdə fələstinlini öldürdü

İsrail polisi işğal olunmuş Şərqi Qüdsdə Əl-Əqsa məscidinin Dəməşq qapısı yaxınlığında atəş açaraq bir fələstinlini öldürüb.

Tezadlar.az xəbər verir ki, Fələstinin xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail polisi işğal olunmuş Şərqi Qüdsdə Əl-Əqsa məscidinin Dəməşq qapısı yaxınlığında bir fələstinliyə atəş açıb.

İsrail polisi tərəfindən vurulan fələstinli ölüb.

Dəməşq qapısı və Köhnə Şəhər ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və İsrail qüvvələri müsəlmanların səhər namazı üçün Əl-Əqsa məscidinə çatmasının qarşısını almaq üçün hərbi kordon yaradıb.

Bu arada, İsrail polisi ölən gəncin bıçaqla hücum etməyə cəhd etdiyini iddia edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…