Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu Qəzzada HƏMAS-ın komanda mərkəzinə zərbələr endirib. Hücumun hədəfi radikal hərəkatın mühüm üzvləri olub.
İsrail Müdafiə Qüvvələri bu gün bildirib ki, hərbçilər Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının qərargahına zərbələr endiriblər.
“Bir müddət əvvəl İsrailin müdafiə qüvvələri və ümumi təhlükəsizlik Xidməti Qəzza şəhəri ərazisində HƏMAS-ın komanda və idarəetmə mərkəzində yerləşən tanınmış terrorçulara hücum edib”.
Məlumatda SAHAL hədəfə alınan radikalların adlarını açıqlamayıb. Hücumun dəqiq nə vaxt həyata keçirildiyi də açıqlanmır.
SAHAL-ın məlumatına görə, hücumdan əvvəl hərbçilər Qəzza sakinləri üçün “zərəri minimuma endirmək üçün çoxsaylı tədbirlər” görüblər.
Xatırladaq ki, İsrail yanvarın 18-də yaradılmış atəşkəs rejiminə son qoyub.
JASMİN