Əsas məzmuna keç

İsrail qüvvələri məsciddə namaz qılan müsəlmanlara səs qumbaraları atıb

İsrail qüvvələri işğal altındakı Qərb Şəriyəsindəki Beytləhmdəki bir məscidə səs qumbaraları atıb.

Tezadlar.az xəbər verir ki, “Fələstinin Səsi” radiosunun məlumatına görə, İsrail əsgərləri Beytləhmin cənubundakı Beyt Fəccar şəhərində keçirilən basqın zamanı məsciddə namaz qılanlara səs qumbaraları atıblar.

“Fələstinin Səsi” radiosu sosial media hesablarında məscid xalçasındakı səs qumbarasını göstərən fotolar paylaşıb.

Şimali Qərb Şəriyəsindəki Nablus qubernatorluğunun Madma kəndindəki məsciddə olan fələstinli ibadətçilər də İsrail ordusunun göz yaşartıcı qaz qumbaraları atmasından sonra boğulma təhlükəsi ilə üzləşiblər.

Fələstin torpaqlarını qəsb edən İsrail qüvvələri səhər tezdən Qərb Şəriyəsindəki Nablus yaxınlığındakı Bizarya şəhərindəki Nurəddin Zəngi məscidini yandırmağa cəhd edib və ərazidəki divarlara irqçi şüarlar yazıblar.

Fələstin torpaqlarını ələ keçirən israillilər Bizarya şəhərindəki Nurəddin Zəngi məscidinin qapılarını sındıra bilməyərək, məscidin yanında yerləşən fələstinlilərə məxsus bir evdəki otağı yandırdılar.

İyulun 26-da radikal israillilər Tulkarmın cənubundakı Kür kəndindəki bir məscidi və Nablusun cənubundakı Kusrada tikilməkdə olan başqa bir məscidi yandırmağa cəhd ediblər.

Son aylarda İsrailin məscidlərə hücumları daha tez-tez və müxtəlif hala gəlib. Məlumata görə, Fələstin torpaqlarını ələ keçirən İsrail əsgərləri və israillilər bombalama və yandırma cəhdlərindən tutmuş məscid divarlarına irqçi şüarlar yazmağa qədər bir sıra irqçi və təcavüzkar hərəkətlər ediblər.

Fələstin torpaqlarını ələ keçirən İsrail ordusu və israillilərin bu hücumlarına fələstinlilərin öldürülməsi və saxlanılması, evlərin və tikililərin dağıdılması, məscidlərin və nəqliyyat vasitələrinin yandırılması, kənd təsərrüfatı torpaqlarının dağıdılması, fermerlərin torpaqlarına girişinin qarşısının alınması və yaşayış məntəqələrinin genişləndirilməsi daxildir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…