Serbiyada İsrail səfirliyi qarşısına polisə edilmiş hücum terror aktı kimi təsnif edilib.
“Informer” nəşrinin məlumatına görə bunu Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib.
Onun sözlərinə görə, İsrail səfirliyini mühafizə edən polis əməkdaşına yetkinlik yaşına çatmayan şəxsin hücum etməsi ilə əlaqədar ölkədə təhlükəsizliklə bağlı gücləndirilmiş tədbirlər həyata keçirilir.
“İstintaq davam edir… Terror aktı ölkəmizin ərazisində baş verdiyini nəzərə alaraq, daxili işlər naziri kimi bu hadisəyə görə məsuliyyət daşıdığımdan terrora qarşı təhlükəsizlik tədbirlərini mümkün olan ən yüksək səviyyəyə, yəni “qırmızı” səviyyəyə qaldırmışam”, – deyə Daçiç bildirib.
O vurğulayıb ki, Serbiyanın xüsusi xidmət orqanları şübhəlinin beynəlxalq terror təşkilatı olan “İslam Dövləti” (İŞİD, Rusiyada fəaliyyəti qadağandır) ilə əlaqəli olduğunu düşünür. Daçiç həmçinin küçələrdə, infrastruktur obyektlərində və insanların sıx toplaşdığı yerlərdə polis əməkdaşlarının sayının artırılması barədə göstəriş verib.
***
Serbiyanın hüquq-mühafizə orqanları Belqradda İsrail səfirliyini mühafizə edən polis əməkdaşına yetkinlik yaşına çatmayan şəxsin hücumu ilə bağlı hadisənin təfərrüatlarını araşdırır. Hücum edən şəxs güllələnərək öldürülüb.
“İnformer” nəşrinin məlumatına görə, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç məlumat verib.
Nazirin sözlərinə görə, hücum edən şəxs özünümüdafiə məqsədilə açılan atəş nəticəsində öldürülüb, polis əməkdaşı isə yüngül xəsarət alıb.
trend







