7 Mart 2026 / 16:52

İsrail SEPAH-ın Qüds qüvvələrinin 16 təyyarəsini məhv etdi- İNANILMAZ

Müharibə qızışır: İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad hava limanında SEPAH-ın Qüds Qüvvələrinin 16 təyyarəsini məhv edib. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Təyyarələrin Livandakı Hizbullaha silah təchizatı üçün istifadə olunduğu vurğulanıb.

Məlumata görə, gecə ərzində İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana və Tehrandakı Merhabad hava limanında yerləşən hərbi infrastruktura genişmiqyaslı zərbələr endirib. “Mehrabad hava limanı SEPAH-ın Qüds Qüvvələri tərəfindən istifadə olunurdu və rejimin Yaxın Şərqdəki terrorçu əlaltılarını silahlandırmaq və maliyyələşdirmək üçün mərkəz rolunu oynayıb. Silah və pulla yüklənmiş təyyarələr dəfələrlə hava limanından qalxaraq İran terror rejiminin əlaltılarının istifadəsi üçün bölgəyə eniş edib. Hücumda SEPAH-ın Qüds Qüvvələri bölməsinin 16 təyyarəsi dəqiqliklə məhv edilib. Həmçinin İran hava məkanında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrinə təhlükə yaradan bir neçə İran qırıcı təyyarəsi hədəf alınıb”.

Müharibə isə davam edir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!