Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2025 / 21:27

İsrail Trampın dedikləri ilə razılaşmır və…

Trampın rəhbərliyi ilə başlanan müharibənin sonuncu gününün ardınca onun ağsaqqallığı ilə bu gün elan edilən atəşkəs İsraili qətiyyən qane etmir. Tezadlar.az xəbər verir ki, İsrailin İrana qarşı hərbi kampaniyası bitməyib, qarşıda yeni mərhələ var, lakin hazırda hərbçilərin diqqəti Qəzza zolağındakı döyüşlərə yönələcək. İsrail Ordusunun baş qərargah rəisi, general-leytenant Eyal Zamir əməliyyat müşavirəsinin yekunlarında bu gün belə deyib. O deyib ki, İsrail mühüm mərhələni başa vurub: “İrana qarşı kampaniya hələ bitməyib. Biz indiki nailiyyətlər əsasında yeni mərhələyə qədəm qoyuruq”.

Bu dəqiqəıərdə isə İranda atəşkəsi qələbə kimi qeyd etmə mitinqləri keçirilir.

Xatırlatma: iyunun 24-ə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. İsrail bundan əvvəl İranın atəşkəsi pozaraq raketlər atdığını bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı raket zərbəsi ilə bağlı məlumatı təkzib edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!