19 Mart 2026 / 09:40

İsrail Xəzər dənizində İran gəmilərinə zərbə endirdi- İLK DƏFƏ

Ötən gün İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Hərbi Hava Qüvvələri ilk dəfə Xəzər dənizində İran hədəflərinə zərbə endirib. Tezadlar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilib ki, zərbələr İran Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərə yönəlib. Daha əvvəl İran Xəzər dənizi sahilində yerləşən Bəndər-Ənzəli şəhəri yaxınlığında zərbələr endirildiyini açıqlamışdı. Həmin ərazidə İran Hərbi Dəniz Qüvvələrinin qərargahlarından biri yerləşir.

Bölgədə vəziyyət kritik olaraq qalır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!