İsraildən Avstriyaya uçan Avstriya Hava Yollarına məxsus sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Bolqarıstana yönləndirilib və təcili eniş edib.
Airbus A320 təyyarəsi bazar günü gecəsi Tel-Əvivdən Vyanaya gedərkən Bolqarıstanın paytaxtı Sofiyada təcili eniş edib.
Tezadlar.az xəbər verir ki, Bolqarıstan Nəqliyyat Nazirliyinin açıqlamasında sərnişinlərin təyyarədən təxliyə edildiyi bildirilib.
Açıqlamada əlavə edilib ki, Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi sərnişin təyyarəsini müşayiət etmək üçün havaya qaldırılıb. Xəsarət alan olmayıb və araşdırma başlanıb.
Bolqarıstan və İsrail mediası təyyarəyə bomba təhlükəsi olduğunu bildirib.
Avstriya Hava Yolları da təhlükəni təsdiqləyib, lakin təfərrüatlar verməyib. Şirkətin sözçüsü BBC-yə bildirib ki, təyyarədə 51 sərnişin və 6 heyət üzvü olub.
Hakimiyyət orqanları ilkin məlumat alındıqdan təxminən 30 dəqiqə sonra Sofiyaya eniş edən təyyarədə təhlükəsizlik axtarışı aparıb.
Təyyarə Bolqarıstana doğru istiqamətini dəyişərkən Rumıniya hava məkanında olub.
Bomba tapılmadı, uçuş davam etdi
Austrian Airlines təyyarənin axtarışı zamanı heç bir təhlükə aşkarlanmadığını təsdiqləyib.
Şirkət bütün sərnişinlərin göyərtədə olduğunu və təyyarənin Vyanaya səyahətinə davam etdiyini bildirib.
Uçuş izləmə məlumatlarına görə, Austrian Airlines-in OS82 reysi bazar günü axşamı Təl-Əvivdəki Ben Qurion Hava Limanından qalxdıqdan təxminən üç saat sonra Sofiya Vasil Levski Hava Limanına eniş edib.
ELBAR







