3 Aprel 2025 / 09:54

İsrailin baş naziri barəsindəki həbs qərarına baxmayaraq, Macarıstana gəlib

İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına baxmayaraq, Macarıstana gəlib.

Tezadlar.az “Times of Israel”-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicki bildirib.

Bu, Netanyahunun 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsində həbs qərarı çıxarmasından sonra Avropaya ilk səfəridir. Szalay-Bobrovnicki sosial mediada İsrailin baş nazirinin Budapeştə səfərini alqışlayıb. Netanyahunu həyat yoldaşı Sara müşayiət edir.

Xatırladaq ki, 2024-cü il noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrail hökumətinin başçısı, eləcə də ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Məhkəmənin press-relizində bildirilib ki, məhkəmə bu qərarı siyasətçilərin insanlığa qarşı cinayətlər və hərbi cinayətlər törətmələri ilə bağlı qəbul edib. Söhbət Qəzza zolağında hərbi əməliyyatların aparılmasından gedir.

Macarıstanın baş naziri Viktor Orban 2024-cü ilin noyabrında Netanyahunu ölkəyə dəvət etmək və BCM qərarının onun ərazisində icra olunmamasını təmin etmək niyyətində olduğunu bildirib. Orbanın qərargah rəisi Gergely Huyass, Macarıstanın BCM-nin nizamnaməsini ratifikasiya etmədiyini, buna görə də İsrailin baş nazirinin həbs olunmaqdan qorxmadan ölkəyə səfər edə biləcəyinə aydınlıq gətirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!