Əsas məzmuna keç

İsrailin hərbi itkiləri artır: 1150 nəfər ölüb

2023-cü ilin oktyabr ayından etibarən davam edən hərbi toqquşmalarda 1 150-dən artıq İsrail hərbçisinin həyatını itirdiyi bildirilir.

Tezadlar.az xəbər verir ki, bu məlumat İsrailin Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.

Məlumata əsasən, həlak olanlar arasında yalnız əsgərlər deyil, həmçinin polis əməkdaşları və daxili təhlükəsizlik xidməti (Şin Bet) nümayəndələri də var.

Qeyd edək ki, bu hərbi əməliyyatlar HAMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumundan sonra İsrailin Qəzza zolağında başladığı hərbi cavab əməliyyatları nəticəsində baş verib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…