Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin İrana hücumları nəticəsində azı 95 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəsmi nümayəndəsi Müctəba Xaledi bildirib.
“95 soydaşımız xəsarət alıb, onlar tibb məntəqələrinə yerləşdirilib, daha 26 zərərçəkənə yerindəcə yardım edilib”, – “Tasnim” onun sözlərindən sitat gətirib.
Yenilənmiş məlumata görə, bir xilasedici də həlak olub.
“Al Mayadeen” daha əvvəl bildirmişdi ki, İran İsrailin hücumuna cavab verəcək və iranlı itkilərin qisasını alacaq.
Xəbər verdiyimiz kimi, iyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, Tehrana hücumun əsas hədəfi nüvə infrastrukturu obyektləri olub. Buna baxmayaraq, dinc əhali arasında itkilər var.
Bunun ardınca İMQ kritik bölmələrdən ehtiyatda olan əsgərləri səfərbər etməyə başlayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya İsrail və İran arasında gərginliyin kəskin şəkildə artmasını pisləyir.
ABŞ dövlət katibi Marko Rubio Ağ Evin İsrailin İrana zərbələr endirməsində iştirakını təkzib edib. O, həmçinin əlavə edib ki, ABŞ Yaxın Şərqdəki müttəfiqləri ilə əlaqəni davam etdirir.
BMT-nin baş katibi Antonio Quterreş artıq İsrailin İrana zərbəsini pisləyib və hər iki tərəfi təmkinli olmağa çağırıb.
E.ŞİRİNOV