İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb. Tezadlar.az CNN- türk- ə istinadla bildirir ki, barədə İranın rəsmi mediası xəbər verir. “SEPAH” öz növbəsində bəyanat yayaraq baş komandanının öldüyünü təsdiqləyib. Bundan başqa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb.
Eyni zamanda hava zərbələri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançinin vəfatına səbəb olub.
İran ordusu da əks- hücum tədbirləri görür. Hər iki tərəfdə dağıntı və təlafat olduğu deyilir.