İsrailin müdafiə naziri İsrael Katz Tehrandakı strateji və hökumət obyektlərinə zərbələrin artırılması barədə göstəriş verib.
O, İranın ali lideri Əli Xamneyini İsraildəki xəstəxanaları və yaşayış məntəqələrini hədəf almaqda ittiham edib.
“Baş nazir və mən İsrail Müdafiə Qüvvələrinə İrandakı strateji hədəflərə və Tehrandakı hökumət hədəflərinə hücumların intensivliyini artırmağı tapşırmışıq”, – Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
E.ŞİRİNOV







