Vəziyyət kritik durumdadır. Belə ki, İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib. Tezadlar.az “Ria Novosi”yə istinadla bildirir ki, o, mətbuat konfransında belə deyib. Netanyahu deyib ki, İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır, çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır. Sitat: “… İranın nüvə silahı İsrail üçün ən böyük ekzistensial təhdiddir. Biz əlimizdən gələni edirik, hətta hədəflər yaşayış məntəqələrinin mərkəzində, o cümlədən Tehranda yerləşdirildikdə belə. Biz əhalinin təxliyəsinə çağırırıq və onlar mövqeləri tərk edirlər”.
Netanyahu bildirib ki, artıq məhv etdikləri bəzi hədəflər barədə hələ elan edilməyib. Sitat: “Biz onların radarlarını, mənzil-qərargahlarını, radiostansiyalarını və tezliklə eşidəcəyiniz digər hədəfləri vururuq”.
Gərginlik isə durmadan artır. Tərəflərin masa arxasında əyləşməsi hələki mümkünsüz görünür.
A.Məmmədli