İsrail vətəndaşı, tanınmış yazıçı- jurnalist, keçmiş Bakı sakini Mark Qorinin Bakı və Azərbaycan haqqında unikal əsəri nəşr edilib. Yazıçı Mark Qorin “Təzadlar” a bildirdi ki, “У самого синего моря» kitabının Azərbaycan dilində nəşri də çapa hazırdır: “Mən Bakıdakı dostum, görkəmli hüquqşünas Adil Minbaşıya xahiş etmişəm, bu kitabın Azərbaycan oxucuları üçün tərcüməsinə dəstək vermişdir… Tezliklə Azərbaycanda nəşri baş tutacaq. Və xahiş etmişəm ki, kitabın bəzi hissələri sevimli “Təzadlar” qəzetində nəşr olunsun…”.
Xatırladırıq ki, kitabın Azərbaycan dilinə tərcüməsinin bəzi hissələri tezliklə “Təzadlar” qəzetində çap ediləcək…
Yasəmən MƏMMƏDLİ