Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya və Ukrayna arasında mayın 16-da İstanbulda baş tutan birbaşa danışıqlar Kiyevin münaqişənin sülh yolu ilə həlli istəyinə heç bir şəkildə təsir göstərməyib – ötən həftə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisini gündə 300 dəfəyə qədər atəşə tutub.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat verib.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar aparılıb. Görüşdən sonra Moskva və Kiyev “1000-ə 1000” düsturuna əsasən əsirləri dəyişdirmək, mümkün gələcək atəşkəs barədə öz baxışlarını təqdim etmək, onu ətraflı şəkildə şərh etmək və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya tərəfi görüşün nəticəsindən razıdır. O, həmçinin bildirib ki, Ukrayna Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa danışıqlar tələb edib və Rusiya “bu xahişi nəzərə alıb”.
“İstanbulda başlayan danışıqlar prosesi və Ukrayna tərəfinin sülh yolu ilə nizamlanma istəyi ilə bağlı bəyanatları Ukrayna silahlı qüvvələrinin Rusiyanın mülki obyektlərinə endirdiyi zərbələrin intensivliyinə təsir etməyib. Zərbələrin sayı gündə 300-ə yaxın olub”, – Miroşnik bildirib.
O qeyd edib ki, Kiyev Rusiya Federasiyasında dronlardan istifadə etməklə mülki şəxslərə hücumların sayını daim artırır. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirmək üçün artilleriya, çoxsaylı reaktiv raket sistemləri, hava bombaları, minalar və partlayıcı qurğulardan da istifadə edib. Nəticədə, yaşayış binalarına, həyat təminatı obyektlərinə, tibb müəssisələrinə, yanacaqdoldurma məntəqələrinə, enerji infrastrukturu obyektlərinə ziyan dəyib.
E.ŞİRİNOV